Tanınmayan bu klub Messiyə “elçi düşdü”

Tanınmayan bu klub Messiyə “elçi düşdü”

İdman Veb saytların hazırlanması

02 Aprel 2023 10:46 793


"Nyuells Old Boyz"un (Argentina) vitse-prezidenti Pablo Alleqri PSJ-nin hücumçusu Lionel Messinin kluba mümkün transferindən danışıb.

Yenisabah.az AAS-a istinadən xəbər verir ki, o deyib: “Biz Messini "Nyuells"ə gətirməyə 100 faiz hazırıq. Bu hər kəsin arzusudur. Bütün Argentinada və hətta Amerikada azarkeşlər onun bura gəlməsini istəyirlər. Bu reallaşsa,  "Nyuells" qitənin ən populyar komandası olacaq Bunun baş verib-verməyəcəyini zaman göstərəcək. Biz onu nə qədər lazımdırsa, gözləyəcəyik”, 

Qeyd edək ki, Messi "Nyuells Old Boyz"un yetirməsidir. Argentinalı futbolçu karyerasını sözügedən  klubda bitirmək istədiyini dəfələrlə bəyan edib. 35 yaşlı futbolçunun PSJ ilə müqaviləsi bu mövsümün sonunda başa çatır.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!