Tbilisidə mühüm görüş - Nazirlər nələri müzakirə etdi?

saytların hazırlanması

Evə çatdırılma

Tbilisidə mühüm görüş - Nazirlər nələri müzakirə etdi?

Siyasət

01 İyun 2026 14:07 426


Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani ilə görüşüb. 

Bu barədə “Yeni Sabah”a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Protokola uyğun olaraq, təntənəli qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçiblər. Hər iki ölkənin Dövlət himnləri səsləndirilib. pizza

General-polkovnik Z.Həsənov bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin davamlı olaraq inkişaf etdiyini qeyd edib.

Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevin də iştirak etdiyi görüşdə tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıqların yeni perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində nümayəndə heyəti Tbilisi şəhərində yerləşən Qəhrəmanlar Memorialını və Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edib, abidələrin önünə əklillər qoyub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!