TƏBİB-də islahatlar başladı – Zeynal Bayramlı işdən ÇIXARILDI

saytların hazırlanması

Evə çatdırılma

 TƏBİB-də islahatlar başladı – Zeynal Bayramlı işdən ÇIXARILDI

Sosial

21 Aprel 2026 11:06 1124


TƏBİB-in yeni icraçı direktoru Anar Bayramov kadr dəyişikliklərinə başlayıb.

“Yeni Sabah” xəbər verir ki, TƏBİB sədrinin səlahiyyətlərini icra edən Anar İsrafilov tərəfindən cəmi 17 gün əvvəl müşavir vəzifəsinə təyin edilmiş həkim Zeynal Bayramlı işdən azad olunub.

Məlumata əsasən, qurumdakı digər müşavirlərin də ərizələri alınıb.

Məsələ ilə bağlı Bakupost.az-ın sorğusuna qurumun mətbuat xidmətindən cavab verilməyib.

Qeyd edək ki, Anar Bayramov aprelin 17-də TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilib.

Onun təyinatı qurumda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir./Bakupost.az /


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!