Azərbaycanda zəlzələ qeydə alındı: Təkrar təkanlar gözlənilir   - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda zəlzələ qeydə alındı: Təkrar təkanlar gözlənilir - RƏSMİ

Sosial

14 Avqust 2026 22:46 46


Bir neçə dəqiqə əvvəl Azərbaycanın şimal bölgəsində yerləşən Quba rayonunda yeraltı təkanlar qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, Zəlzələ ilə bağlı Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli NOCOMMENT.az-a açıqlama verib.

“Bəli, bu dəqiqələrdə Quba rayonunda zəlzələ baş verib. Zəlzələnin gücü 5 bala yaxın olub, ətraf rayonlarda da hiss edilib. Güman edirəm ki, ciddi dağıntılar olmayacaq. Yaxın günlərdə təkrar təkanlar gözlənilir”. pizza sifarişi

O, bildirib ki, ölkəmizdə hər gün yerli təkanlar qeydə alınır, lakin onlardan bəziləri hiss olunur.

"Bu yeraltı süxurlarda gərginliyin artması ilə ortayaçıxan prosesdir. Yəni katastrofik zəlzələ ehtimalı bizdə yox dərəcəsindədir. Son zamanlar baş verən zəlzələlər də daha çox seysmik ərazilərdə qeydə alınır ki, burada da təhlükəli heç bir hal yoxdur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!