Tolikə qarşı məhkəmə iddiası təmin edilmədi

saytların hazırlanması

Evə çatdırılma

Tolikə qarşı məhkəmə iddiası təmin edilmədi

Şou

02 Dekabr 2025 10:46 562


Bir müddət əvvəl Tarix Əliyev (Tolik) barəsində xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdu. Şikayətçi olan məhbus ailəsi iddia edirdi ki, Tarix Əliyev "TikTok" sosial şəbəkəsində bütün məhbus ailələrinə qarşı nəlayiq ifadələr işlədib.

"Yeni Sabah" patrul-a istinadən yazır ki, məhkəmə Tarix Əliyevin paylaşımında bütün məhbus ailələrini nəzərdə tutmadığını müəyyən edib. Bundan başqa, onun hərəkətlərində cinayət tərkibinin olmadığına görə şikayətin icraata qəbul edilməsindən imtina edilib.

Tarix Əliyevin vəkili Ramil Vəliyev bildirib ki, xüsusi ittihamçı həmin qərardan apellyasiya şikayəti verib. Apellyasiya instansiyası şikayəti araşdıraraq əsas görmədiyi üçün Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!