Türkiyə 1-ci Liqasında 8-ci turun oyunları keçirilir.
Publika.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Toral Bayramovun formasını geyindiyi “Bursaspor” səfərdə “Batman Petrolspor”la qarşılaşıb.
Oyunda hesabı 29-cu dəqiqədə meydana sahibləri açıblar. Amma 60 və 85-ci dəqiqələrdə iki qol vuran Bursa təmsilçisi yekunda əzmkar qələbəyə sevinib – 2:1. pizza hut
Toral da bu qarşılaşmada meydanda olub. O, start heyətdə meydana çıxsa da, 36-cı dəqiqədə əvəzlənib. Buna onun zəif çıxışı səbəb olub.
“Bursaspor” hazırda 19 xalla vahid liderdir.
Telegram kanalımız