“Tottenhem” daha bir futbolçunu transfer etdi

saytların hazırlanması

Evə çatdırılma

“Tottenhem” daha bir futbolçunu transfer etdi

İdman

26 Avqust 2026 13:06 92


"Tottenhem" klubu "Mançester Siti"nin vinqeri Savinyonu heyətinə qatdığını elan edib.

“Yeni Sabah” xəbər verir ki, 22 yaşlı braziliyalı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.

Hücumçu karyerası ərzində Mançester təmsilçisi ilə yanaşı, ölkəsinin "Atletiko Mineyro", Fransanın "Trua", Niderlandın PSV, İspaniyanın "Jirona" komandalarında da çıxış edib. Dördpendirli pizza

Savinyo "Mançester Siti"də keçirdiyi 84 matçda 7 qol vurub, komandası ilə İngiltərə Kubokunu və Liqa Kubokunu qazanıb. Braziliya millisinin heyətində 13 oyuna çıxan vinger 1 qolla yadda qalıb.

"Transfermarkt" portalı futbolçunun qiymətini 35 milyon avro dəyərləndirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!