İran Pro Liqasında çıxış edən Təbrizin "Traktor" futbol klubu 45 yaşlı iranlı mütəxəssis Cavad Nekunamı komandanın yeni baş məşqçisi təyin edib.
“Yeni Sabah” xəbər verir ki, Nekunamın qarşısına "Traktor"u İran Pro Liqasında ön sıralara çıxarmaq və Asiya turnirlərində uğurlu nəticələr qazanmaq tapşırığı qoyulub.
Onunla 1.5 illik müqavilə imzalanıb. Dominos pizza
C.Nekunam İran millisinin 149 rəsmi oyuna çıxaraq rekord vurub və 38 qol vurub. Keçmiş futbolçu 2006 və 2014-cü illər dünya çempionatlarında iştirak edib. O, İspaniyanın "Osasuna" klubunda 6 mövsüm yarımmüdafiəçi kimi çıxış edib və 150-dən çox La Liqa matçında oynayıb.
Nazim Hacıyev
Telegram kanalımız