Tramp İrandan tələblərini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Tramp İrandan tələblərini açıqladı

Siyasət

29 May 2026 19:56 56


ABŞ prezidenti Donald Tramp İrandan tələblərini açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, o bu barədə “Truth Social” hesabında yazıb.

Tramp ilkin şərt kimi, İranın heç vaxt nüvə silahına sahib olmamaqla razılaşması önə sürülüb. pizza hut

Bundan başqa, Hörmüz boğazının hər iki istiqamətdə, rüsum tətbiq olunmadan bütün gəmilər üçün açılması, eləcə də dəniz minalarının təmizlənməsi qeyd olunub.

O bildirib ki, indiyə qədər ABŞ donanması minaları partlatmaq üsulu ilə təmizləyib, yerdə qalanları isə İran tərəfindən təmizlənməlidir.

ABŞ prezidenti qeyd edib ki, şərtlər ödənildikdən sonra, dəniz blokadası ləğv olunacaq və gəmilər öz ölkələrinə qayıda biləcəklər.

Bundan başqa, İranın zənginləşdirilmiş uran maddəsi İranla və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə koordinasiya çərçivəsində yerin altınnda saxlanıldığı məkandan çıxarılacaq.

“Növbəti xəbərdarlığa qədər heç bir pul mübadiləsi olmayacaq. Daha az əhəmiyyətə malik digər məsələlər üzrə razılığa gəlinib. İndi mən son qərarı vermək üçün iclas otağında olacağam”, - Tramp qeyd edib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!