Qlobal iqtisadiyyatda lüks istehlak və lazımsız xərclər mövzusu növbəti dəfə gündəmə gəlib. Ekspertlər və təhlilçilər status rəmzi hesab olunan brend əşyalardan imtina etməklə nəhəng maliyyə resurslarına qənaət etməyin mümkünlüyünü vurğulayırlar.
“Yeni Sabah” xəbər verir ki, sözügedən müzakirələr zamanı diqqətçəkən bəyanat səsləndirilib:
“Əgər İsveçrə saatları almamaq qərarına gəlsək, onlar dəbdəbəli əşya olmaqdan çıxacaqlar. Beləliklə də, 40 milyard dollara qənaət edəcəyik”. pizza hut
Bu çağırış yalnız böyük maliyyə qənaətini deyil, həm də dünya bazarında illərdir süni şəkildə formalaşdırılan "lüks statusu" anlayışına vurulan psixoloji zərbəni ifadə edir. Qlobal miqyasda istehlakçı davranışlarının dəyişməsi halında məşhur İsveçrə saat brendlərinin bazar dəyərinin və nüfuzunun kəskin enə biləcəyi vurğulanır.
Nazim Hacıyev
Telegram kanalımız