Trampın masasında şok sənəd   - GİZLİ DETALLAR ÜZƏ ÇIXDI

saytların hazırlanması

Evə çatdırılma

Trampın masasında şok sənəd - GİZLİ DETALLAR ÜZƏ ÇIXDI

Siyasət

19 İyul 2026 19:32 1465


ABŞ və Səudiyyə Ərəbistanı arasında qlobal təhlükəsizlik balansını kökündən dəyişdirəcək gizli nüvə razılaşmasının detalları üzə çıxıb.

"Yeni Sabah" xəbər verir ki, ABŞ-ın nüfuzlu CNN telekanalının yaydığı eksklüziv məlumata görə, Prezident Donald Tramp administrasiyası krallığa beynəlxalq təminat və ciddi nəzarət mexanizmləri tətbiq etmədən öz ərazisində uranı zənginləşdirməyə icazə verən ilkin sazişi qəbul edib.

Ağ Evdə Trampın son imzasını gözləyən bu layihə rəsmən "mülki nüvə proqramına kömək" kimi təqdim olunsa da, hərbi və nüvə ekspertləri həyəcan təbili çalmağa başlayıblar. pizza

Mütəxəssislər xəbərdarlıq edirlər ki, Səudiyyə Ərəbistanına uranın zənginləşdirilməsi üzərində bu cür sərbəstlik verilməsi gələcəkdə Riyadın atom enerjisindən birbaşa nüvə silahı istehsalı üçün istifadə etməsi riskini kəskin şəkildə artırır.

Vaşinqtonun bu addımı Yaxın Şərqdə yeni və qarşısıalınmaz nüvə silahlanması yarışına rəvənq verə bilər./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!