Türkiyə bayrağına tüpürən turist həbs edilib.
“Yeni Sabah” xəbər verir ki, 58 yaşlı britaniyalı Alanyada istirahət edərkən otel əməkdaşları ilə mübahisə edib. Münaqişə zamanı o, Türkiyədə çox ciddi nəticələrə səbəb ola biləcək bir hərəkətə yol verib. Turist Türkiyə bayrağına tüpürüb.
Polis turisti saxlayıb. Tərcüməçinin iştirakı ilə ifadəsi alındıqdan sonra o, məhkəməyə aparılıb. Məhkəmənin qərarı sərt olub. Britaniyalı Alanyadakı qapalı həbsxanaya göndərilib. pizza mizza
Müvafiq qanun maddəsinə əsasən, onu 1 ildən 3 ilədək həbs cəzası gözləyə bilər
Nazim Hacıyev
Telegram kanalımız