Türkiyədə 7.2 bal gücündə zəlzələ təlimi keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə 7.2 bal gücündə zəlzələ təlimi keçirildi

Dünya

12 Noyabr 2024 15:28 864


Türkiyədə zəlzələ təlimi keçirilib.

Yenisabah.az xəbər verir ki, Zonquldakda 7,2 bal gücündə zəlzələ təlimi baş tutub.

Türkiyə Fəlakətlərə Müdaxilə Planı çərçivəsində Kilimli Kaymakamlığı episentri Bolu olan 7,2 bal gücündə zəlzələ ssenarisi üzrə manevr təşkil edib. 

İlçe Baş məmuru Necdət Özdemirin başçılığında keçirilən manevrdə İlçe Afet və Təcili Yardım İdarəetmə Mərkəzi İdarə Heyətinin üzvləri iştirak edib. Təlim çərçivəsində rayon ərazisində fəlakətlərin idarə edilməsi və fövqəladə hallara hazırlıq işləri nəzərdən keçirilib, sürətli və effektiv müdaxilə strategiyaları qiymətləndirilib. Kilimlidə fəlakətlərə hazırlıq və əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərin fasiləsiz davam etdiriləcəyi vurğulanıb.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!