UEFA İnfantinoya qarşı cinayət iddiası qaldırmağa hazırlaşır

saytların hazırlanması

Evə çatdırılma

UEFA İnfantinoya qarşı cinayət iddiası qaldırmağa hazırlaşır

İdman

27 Avqust 2026 21:59 92


UEFA FIFA-nın prezidenti Canni İnfantinoya qarşı İsveçrədə cinayət iddiası qaldırmağa hazırlaşır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Buna səbəb İnfantinonun dünya çempionatlarının keçirilməsi hüquqlarının özəl investorlara satılmasını təşviq etməsi olub. Bu təşəbbüs Avropa futbol ictimaiyyətində ciddi narazılıq yaradıb. Pepperoni pizza

UEFA-nın ABŞ məhkəməsinə təqdim etdiyi sənəddən görünür ki, Avropa futbol qurumu ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin qardaşı Coşua Kuşnerə məxsus "Thrive Capital" investisiya şirkətindən sənədlər tələb edir.

"Thrive Capital" FIFA-nın dünya çempionatları üzrə kommersiya hüquqlarının 20%-nin 4.2 milyard dollara satılmasını nəzərdə tutan mümkün sövdələşmədə əsas investor kimi nəzərdən keçirilib.

UEFA-dan bildirilib ki, İnfantino və ehtimal ki, FIFA-nın digər vəzifəli şəxsləri və məsləhətçiləri barəsində cinayət xarakterli səhlənkar idarəetmə ilə bağlı İsveçrədə cinayət iddiaları hazırlanır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!