UEFA Millətlər Liqasında qrup mərhələsinin qarşılaşmalarına start verilib.
"Yeni Sabah" xəbər verir ki, ilk oyun günündə səkkiz matç keçirilib.
Günün mərkəzi görüşü A liqasının II qrupunda Niderland və Almaniya milliləri arasında baş tutub. Dominos pizza
32-ci dəqiqədə Feliks Nmeça fərqlənərək Almaniyanı hesabda önə çıxarıb. 90+2-ci dəqiqədə Kodi Qakpo hesaba tarazlıq gətirərək yekun hesabı müəyyənləşdirib - 1:1.
Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
A liqası, II qrup
Serbiya - Yunanıstan - 1:2.
A liqası, IV qrup
Norveç - Danimarka - 3:2;
Portuqaliya - Uels - 1:0.
B liqası, III qrup
Avstriya - İsrail - 3:1;
Kosovo - İrlandiya - 1:0.
D liqası, I qrup
Andorra - Malta - 1:2.
D liqası, II qrup
Lixtenşteyn - Litva - 0:2.
Telegram kanalımız