UEFA Avropanın üç əsas klub turnirində iştirak edəcək komandalar üçün ayrılan ümumi mükafat fondunu açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, qitə futbol qurumu turnirlərdə mübarizə aparacaq klublara ümumilikdə 3 milyard 317 milyon avro vesait paylayacaq.
Maliyyə paketinin böyük hissəsi gözlənildiyi kimi UEFA Çempionlar Liqasının payına düşür. Avropanın bir nömrəli klub turnirində mübarizə aparacaq komandalar 2 milyard 467 milyon avronu öz aralarında bölüşdürəcəklər. Toyuqlu pizza
Reytinqcə ikinci sıradakı Avropa Liqasında iştirak edəcək klublara ümumilikdə 565 milyon avro verilməsi nəzərdə tutulub. Üçüncü dərəcəli turnir sayılan Konfrans Liqasının mükafat fondu isə 285 milyon avro təşkil edəcək.
Ayrılan vəsaitlər klublara mərhələ adlamaq, qazanılan qələbə və heç-heçələrə, eləcə də televiziya yayımları və UEFA reytinqinə əsasən paylanacaq.
Nazim Hacıyev
Telegram kanalımız