"Ulduz" metro stansiyasının qarşısından keçən yol sahəsində tikinti işləri davam etdirilir.
Bu barədə "Yeni Sabah"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Sözügedən ərazi Akademik Həsən Əliyev küçəsindən "Koroğlu" metro stansiyası istiqamətində inşa edilən yeni avtomobil yolunun mühüm hissələrindən biridir. pizza
Layihənin icrası paytaxtın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə, nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına və hərəkətin daha rahat təşkilinə xidmət edir.
İşlər "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilir.
Telegram kanalımız