ƏSA Teatrının gənc aktrisası Leyla Musayeva vəfat edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə teatrın sosial şəbəkə hesabında məlumat paylaşılıb.
“Aktyorluq laboratoriyası”nın üzvü olmuş Leyla Musayeva uzun sürən xəstəlik nəticəsində dünyasını dəyişib. Sərfəli qiymətə məhsullar
O, Axtarış”, “Hamlet” və “Paris Notr-Dam” tamaşalarında çıxış edib.
Paylaşımda qeyd olunub: “Onun həyat uğrunda mübarizəsi, teatra olan sevgisi və səhnəyə bağlılığı bizim üçün son dərəcə dəyərli idi. Leylanın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq”.
Telegram kanalımız