“Unibank” KB ASC-nin 2026-cı ilin ikinci rübünə olan maliyyə hesabatına əsasən, bankın cəlb edilmiş kreditlərə görə ödənilən faiz xərclərində ciddi artım qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, cari ilin ikinci rübünün nəticələrinə görə, bank cəlb olunmuş kreditlər üzrə 13 milyon 275 min manat faiz ödəyib. Müqayisə üçün bildirək ki, 2025-ci ilin müvafiq dövründə bu göstərici 8 milyon 719 min manat təşkil etmişdi.
Beləliklə, “Unibank”ın cəlb edilmiş kreditlərə görə ödədiyi faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 556 min manat və ya 52.3 faiz artıb. Dominos pizza
Cəlalə
Telegram kanalımız