Sosial şəbəkədə "Unibank"ın mobil tətbiqindəki təhlükəsizlik boşluqları ilə bağlı kəskin nараzılıq paylaşılıb.
“Yeni Sabah” xəbər verir ki, Şaiq Qafarov adlı müştəri bankın mobil tətbiqindən istifadə edərkən kiberdələduzluq halı ilə üzləşdiyini və vəsaitinin mənimsənildiyini iddia edib.
Şikayətçi tətbiqin ƏDV hissəsindən öz debet kartına pul köçürmək istəyərkən fırıldaqçıların hücumuna məruz qaldığını bildirir. pizza
Müştəri yaşadığı olayı bu sözlərlə diqqətə çatdırıb və bankdan təcili açıqlama tələb edib:
"Unibank"ın mobil tətbiqi fırıldaqçılar tərəfindən ələ keçirilib! Mobil tətbiqin ƏDV hissəsindən öz debet kartıma pul köçürərkən gələn SMS fırıldaqçılar tərəfindən göndərilir. Nəticədə mənim kartımdan 85 AZN "m10" hesabına köçürmə edildi. Fırıldaqçı tərəfindən göndərildiyi deyilən SMS mənə Unibankın öz mobil tətbiqindən gəlib. Unibank dərhal buna bir açıqlama verməlidir!"
Mütəxəssislər və istifadəçilər bankın bu kimi təhlükəsizlik iddialarına qarşı təcili araşdırma aparmasının vacibliyini vurğulayırlar.
Nazim Hacıyev
Telegram kanalımız