İspaniyanın "Valensiya" klubu baş məşqçi postuna yeni təyinat gerçəkləşdirib.
“Yeni Sabah” xəbər verir ki, Karlos Korberanın komandadan ayrılmasından sonra vakant qalan vəzifə meksikalı mütəxəssis Xaviyer Aqirreyə həvalə olunub.
67 yaşlı təcrübəli baş məşqçi cari mövsümün sonunadək "yarasalar"ı çalışdıracaq. Müqavilə şərtlərinə əsasən, İspaniya təmsilçisi mövsümün sonunda əməkdaşlığı daha bir il uzatmaq hüququna malikdir. pizza
Aqirre karyerası ərzində İspaniya La Liqasında bir çox klubları, o cümlədən "Atletiko Madrid", "Espanyol" və "Malyorka"nı çalıştırmaqla böyük təcrübəyə yiyələnib.
Nazim Hacıyev
Telegram kanalımız