Van Damm Həbibin atasından yazdı
07 İyl 2020 08:18
295

Van Damm Həbibin atasından yazdı

Məşhur belçikalı aktyor və idmançı, Hollivud ulduzu Jan-Klod Van Damm Abdulmanap Nurməhəmmədovun ölümü ilə əlaqədar Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı çempionu Həbib Nurməhəmmədova başsağlığı verib.

Oxu.Az xəbər verir ki, Jan-Klod van Damm “Instagram” səhifəsində yazdığı statusda Abdulmanap Nurməhəmmədova olan heyranlığını gizlətməyib: “Sizinlə görüşmək qismət olmasa da, həyat yolunuzu heyranlıqla izləmişəm. Sizin üçün dua edəcəyəm. Həbib Nurməhəmmədova və onun bütün ailə üzvlərinə səmimi qəlbdən başsağlığı verirəm”.

Qeyd edək ki, məşhur döyüşçü Həbib Nurməhəmmədovun uzun müddətdir COVID-19-dan müalicə alan atası və məşqçisi Abdulmanap Nurməhəmmədov iyulun 3-də Moskva şəhərində yerləşən xəstəxanaların birində vəfat edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər