Vəfa Şərifovanın övladlarının son görüntüsü gündəm oldu -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Vəfa Şərifovanın övladlarının son görüntüsü gündəm oldu - VİDEO

Şou

11 May 2026 11:21 126


Müğənni Vəfa Şərifova övladları ilə birgə Fəxri xiyabana gedib.

“Yeni Sabah” xəbər verir ki, sənətçi ötən gün doğum günü qeyd olunan ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Vəfa Şərifova həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Paylaşılan videoda müğənninin qızı və oğlunun əllərində qırmızı qərənfillərlə Fəxri xiyaban istiqamətində irəlilədiyi əks olunub. Kadrlarda uşaqların məzar önünə gül aparması diqqət çəkib. pizza sifarişi

Qeyd edək ki, son illər Vəfa Şərifovanın şəxsi həyatı da tez-tez gündəmə gəlir. Müğənninin iş adamı Famil Xəlilovla münasibəti uzun müddətdir müzakirə olunur. Vəfa Şərifova müxtəlif televiziya proqramlarında verdiyi açıqlamalarda onların rəsmi nikahda olmadığını bildirib.

Xatırladaq ki, cütlüyün bu münasibətdən bir qız və bir oğul övladı var. 

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!