Tanınmış vəkil Fərhad Mehdiyev Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini (AYNA) tənqid edib.
“Yeni Sabah”ın xəbərinə görə, o bildirib ki, paytaxtın Həsən Əliyev küçəsi ilə Tbilisi prospektinin birləşməsində yeni xətlər çəkilib, svetofor quraşdırılıb, amma sürücülər indi həmin yerdə daha çox gözləməli olur
“Həmin yerdə körpü kompleksi tikilməlidir, qalan şeylər isə vəziyyətə ciddi təsir göstərməyəcəkdir. Bu gün 78 yaşlı anamı, təqaüdçü, şəhid anasını Sumqayıt istiqamətindən gələrkən avtovoqzal kompleksinin “cib” yoluna daxil olmaqla avtomobillərin park etdiyi yerdə endirdim, onu endirərkən bəlkə 15-20 saniyə dayandım. Həmin “cib” yolun axırlarında bir yerdə. baxıram ki cərimə gəlib ki, orda avtomobil saxlayıb yolcu endirmək olmaz. Bəs yolcu harda endirilməlidir? Sürət yolunda sərnişini endirib onun həyatını riskə atmalıyam? İnanın ki süni intelek bu AYNAdakı tənzimləmələrə rəhbərlik edənlərdən daha yaxşı anlayır yol hərəkətinin təşkilindən. Toyuqlu pizza
Zəhmət olmasa cərimə protokolu tutanda, qərarı da elektron kabinetə yükləyin ki vətəndaş əziyyət çəkib gedib qərarı almaq üçün vaxt itirməsin”.
AYNA vəkilin iradına cavab verib. Qurum adından F.Mehdiyevin statusunun altında bunlar yazılıb:
“İrad və təkliflərinizi dinləmək, eləcə də sizi maraqlandıran digər məsələlərə aydınlıq gətirmək məqsədilə sizi AYNA-ya görüşə dəvət edirik. Görüşdə iştirak edə biləcəyiniz təqdirdə, bu barədə məlumat verməyiniz və sizin üçün uyğun olan vaxtı qeyd etməyiniz xahiş olunur”.
Nazim Hacıyev
Telegram kanalımız