Vuçiç Serbiya Prezidenti vəzifəsini icra edərkən 49 nəfəri əfv ediyini bildirib

saytların hazırlanması

Evə çatdırılma

Vuçiç Serbiya Prezidenti vəzifəsini icra edərkən 49 nəfəri əfv ediyini bildirib

Dünya

27 Sentyabr 2026 23:00 117


Aleksandar Vuçiç Serbiya Prezidenti vəzifəsini icra edərkən 49 nəfəri əfv ediyini bildirib.

“Yeni Sabah” xəbər verir ki,Vuçiç bunu prezident vəzifəsindən istefasını açıqlayarkən deyib. Məlumata görə, əfv olunanlar arasında Mila Pajiçin rəhbərlik etdiyi "Novi Sad" qrupundan da 12 nəfər var.

Vuçiç bildirib ki, əfv etdiyi 49 nəfərdən 23-ü son il yarım ərzində baş verən "bütün dəhşətli hadisələrlə" əlaqəlidir. O, bu qərarı təhlükəsizlik xidmətlərinin qiymətləndirmələrinə baxmayaraq qəbul etdiyini deyib: "Mila Pajiçin rəhbərlik etdiyi "Novi Sad" qrupundan 12 nəfəri əfv etmək qərarına gəldim. Eyni zamanda, blokadalara qarşı hadisələrdə iştirak edən digər tərəfdən 11 nəfəri də əfv etmək qərarı verdim". Marqarita pizza

Vuçiç bunun "mərhəmət aktı" olduğunu və gənclərə kömək etmək istədiyini bildirib.

Qeyd edək ki, "Novi Sad"ın 12 fəalı və tələbəsi konstitusion quruluşu devirməyə cəhd etməkdə ittiham olunub.\"Report"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!