“Xəngəl evi”ndə müştəri bıçaqlandı 

“Xəngəl evi”ndə müştəri bıçaqlandı 

Kriminal Veb saytların hazırlanması

15 Noyabr 2023 10:37 1101


Yasamal rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib. 

Yenisabah.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 2-ci Alatava küçəsində yerləşən “Xəngəl evi” kafesində Elşad Ağayev adlı müştəri mübahisə zəminində bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırlılıb. 

Araşdırmalarla E.Ağayevə çoxsaylı bıçaq xəsarətlərinin 1991-ci il təvəllüdlü Elçin Cənnətalıyev tərəfindən yetirilməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib. O, şübhəli şəxs qismində tutulub. 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!