Xırdalanın 27-ci məhəlləsində qalmaqal – İcra nümayəndəsi əraziyə gəldi

Xırdalanın 27-ci məhəlləsində qalmaqal –
Sent 6, 2019 16:41
Oxunma sayı: 149

Xırdalan şəhərinin 27-ci məhəlləsində qalmaqal yanaşır. 

“Yeni Sabah” xəbər verir ki,  27-ci məhəllədə yerləşən 2B saylı binanın qarşısının zəbt edilməsi sakinlərin narazılığna səbəb olub. 

Sakinlərdən Asif Lətifov saytımıza bildirib ki, binanın qarşısını zəbt edən şəxs orada özünə qanunsuz olaraq ev və təssərrüfat üçün tikili inşa edib. 

“Düz yaşadığım binanın pəncərəsinin altıdır. Özünə 5 otaqlı ev tikib, binanın yanğın təhlükəsizliyi üçün nəzərdə tutulmuş yolunu bağlayıb. Həyətində müxtəlif ev heyvanları saxlayır. Sakinlərə narahatlıq yaradır. Həmçinin antisanitariya baş alıb gedir”, - deyə Asif Lətifov bildirib.

Şikayətçi əlavə edib ki, məsələ ilə bağlı Abşeronun icra başçısı İradə Gülməmmədovaya müraciət edib: “Müraciətimə operativ reaksiya veriblər. İcra nümayəndəsi Rafiq Yusifov əraziyə baxış keçirib. Bildirim ki, bu problem bir neçə ildir var. Bir neçə dəfə müvafiq qurumlara müraciət edilib. Lakin heç bir nəticəsi olmayıb. Burada başqa adamlar da əraziləri zəbt etmişddilər. Lakin onlar hamısı çıxarıldı. Bircə bu adama heç nə demirlər. Bilmirik kimdir, nəçidir”.

Yenisabah.az