Yamal özünü təriflədi

saytların hazırlanması

Evə çatdırılma

Yamal özünü təriflədi

İdman

14 Sentyabr 2026 09:50 98


"Barselona"nın və İspaniya milli komandasının gənc ulduzu Lamin Yamal futbol dünyasındakı sürətli yüksəlişi və gələcək hədəfləri barədə iddialı açıqlamalar verib.

“Yeni Sabah” xəbər verir ki, 19 yaşlı hücumçu öz yaş kateqoriyasında əldə etdiyi nailiyyətlərin futbol tarixində analoqu olmadığını vurğulayıb.

Gənc istedad idman dünyasının əfsanələri ilə müqayisələrə toxunaraq öz rekord göstəricilərini diqqətə çatdırıb: pizza

"Futbol tarixində Leo Messi, Krishtiano Ronaldo, Diyeqo Maradona kimi tarixi futbolçular var. Amma düşünürəm ki, bu qədər gənc yaşda bu qədər uğur qazanan futbolçu daha əvvəl olmayıb. İnsanlarda belə bir düşüncə var ki, qazandığım uğurlardan sonra bir gün rahatlaşa bilərəm. Amma mən bilirəm ki, futbol tarixində iz qoymaq üçün hələ qarşıda minlərlə işim var", — deyə İspaniya millisinin üzvü qeyd edib.

Erkən yaşda qazandığı kuboklar və qırdığı rekordlarla diqqət mərkəzində olan Yamal vurğulayıb ki, əldə olunan uğurlar onda arxayınlıq yaratmır, əksinə, daha böyük zirvələri fəth etmək üçün əlavə motivasiya verir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!