Yas yerlərində kütləvi yoluxma olub
29 May 2020 23:32
418

Yas yerlərində kütləvi yoluxma olub

"Azərbaycanda, xüsusən rayon yerlərində yas mərasimlərində qadınların və kişilərin çox sayda toplaşması və qaydalara əməl etməməsi nəticəsində yas yerlərindən qaynaqlanan yoluxma halları olub".

“Yeni Sabah” xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki bu yerlərin fəaliyyətinə icazə verildikdən sonra vətəndaşlar qaydalara ciddi əməl etməli olacaqlar:

"Rayonlarda, xüsusilə həyət evlərində yas mərasimləri ilə bağlı qaydalara əməl olunmur. Yoluxma hallarının əksəriyyəti yas yerlərində baş verir. Yaşlı qadın və kişilər bir yerə toplanması bizi çox narahat edir".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər