Yatmışam, əcəb eləmişəm! -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Yatmışam, əcəb eləmişəm! - VİDEO

Yazar

26 Fevral 2026 09:57 27126


Bütün günü ürəyimi yeyə-yeyə qaldım, ona zəng edim, ya etməyim? Çünki AMEA-nın iclasında çəkilmiş fotosessiyada o da əks olunmuşdu.

Zəng etmədim, buna macal da yox idi, iş başdan aşırdı, sonra da peşman oldum, çünki bir başqa adam zəng edib rəyini öyrənmişdi.

Əkrəm Bağırov böyük alimdir, işgüzar, yaşının bu çağında da peşəsinin vurğunu, araşdırmaya həvəsi tükənməyən... Toyuqlu pizza

Hərdən heyfsilənirəm ki, onu gec tanımışam, çünki arada-bərədə zəngləşirik və hər telefon söhbətimizdə mən ondan nəsə öyrənirəm.

Zənnim məni aldatmırsa, o da telefon söhbətimizdən bir cür kam alır, çünki ürəyi doludur, şikayətlə, gileylə... filan nəşriyyatda aylardır bir tərcüməsi yatıb qalır, digərində daha vacib tərcümənin çapına pul tapılmır...

Alim adam neyləsin? Kimin qapısını döysün? Kimdən mədəd umsun? Alim səhifə hesabını bilməyə alışqandır, pulu dəstələməyə yox; o nəticəyə sevinir, onun üçün fərq etmir işini daşdan keçirən kimdir, Ramiz Mehdiyev, ya başqası...

Alimin vaxtı mənasız iclaslara xərclənməməlidir, lehinə-əleyhinə səsvermələrinin badına getməməlidir, ona real iş ver, münasib şərait yarat, əməyini layiqincə qiymətləndir! Başlanğıcı və nəticəsi əvvəlcədən məlum, faydalılıq əmsalı sıfır olan yığıncaqlarda mən də yataram və buna görə kimsədən utanmaram da! Yatmışam, əcəb eləmişəm!!!

Əziz Rzazadə

P.S. Mənim demədiklərimi bu video deyəcək:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Valeh
    Naməddin, onun qüruruna, ləyaqətinə nə gəlib ki? Sizdən fərqli olaraq mən Azərbaycan ailimlərini, ziyalılarını həm daxilən azad, həm də azad sözlü, yəni özünü azad ifadə etmək qabiliyyətində görmək istərdim. Elə azad ki, özündə cəsarət tapıb konkret mənada deyə bilsin: "lap yaxşı edib yatmışam və siz də mənə hansısa iclasda yatmağıma görə deyil, gördüyüm işlərə görə qiymət verin, əgər insanlar, sizlərin də qiymətləndirmək qabiliyyətiniz varsa...".
    2 months ago
  • Naməddin
    İnsanda bir qürür olmalı, ozü-özünə hörmət qoymalıdır...
    3 months ago