Yayda hamının etdiyi səhv -   Hovuzdan sonra bu təhlükə artır

saytların hazırlanması

Evə çatdırılma

Yayda hamının etdiyi səhv - Hovuzdan sonra bu təhlükə artır

Sağlamlıq

14 Avqust 2026 00:03 181


Yay aylarında dənizə və hovuza daha çox insan üz tutur. Lakin suda uzun müddət qalmaq qulaq sağlamlığı üçün risk yarada və qulaq infeksiyalarına səbəb ola bilər.

“Yeni Sabah” xəbər verir ki, Qulaq-Burun-Boğaz mütəxəssisi Op. Dr. Abdulkerim Başaran xüsusilə tez-tez hovuza və dənizə girən insanlarda xarici qulaq yolu infeksiyalarına daha çox rast gəlindiyini bildirib.

Həkimin sözlərinə görə, ilk baxışdan sadə görünən şikayətlər müalicə olunmadıqda güclü ağrılara və eşitmə problemlərinə səbəb ola bilər. Toyuqlu pizza

Başaran bildirib ki, yay aylarında qulaqda uzun müddət qalan nəmlik bakteriya və göbələklərin çoxalması üçün əlverişli şərait yaradır.

Xüsusilə uşaqlar və tez-tez üzən insanlar daha diqqətli olmalıdırlar.Qulaqda ağrı, qaşınma, dolğunluq hissi, axıntı və eşitmənin zəifləməsi infeksiyanın əlamətləri ola bilər.

Bu əlamətlər yarandıqda qulaq çöpündən istifadə etmək və ya evdə müxtəlif üsullarla müalicə aparmaq düzgün deyil. Həkim belə hallarda Qulaq-Burun-Boğaz mütəxəssisinə müraciət etməyi tövsiyə edib.

Yanlış müdaxilələrin infeksiyanın daha da ağırlaşmasına səbəb ola biləcəyi bildirilib.

Mütəxəssis hovuzların gigiyenik vəziyyətinin də qulaq infeksiyalarının qarşısının alınmasında mühüm rol oynadığını qeyd edib.

Onun sözlərinə görə, mütəmadi təmizlənməyən və lazımi qaydada qulluq edilməyən hovuzlarda infeksiya riski daha yüksək ola bilər.

Üzgüçülükdən sonra qulaqları ehtiyatla qurulamaq və qulaq daxilində su qalmamasına diqqət etmək tövsiyə olunur.

Qulağın içinə sərt əşyalar salmaq olmaz. Bu, qulaq yolunun təbii qoruyucu təbəqəsinə zərər verə bilər.

Qulaq pərdəsi deşik olan, əvvəllər qulaq əməliyyatı keçirən və xroniki qulaq xəstəliyi olan şəxslər dənizə və ya hovuza girməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər.

Həkim erkən diaqnoz və düzgün müalicənin ağrının daha qısa müddətdə aradan qalxmasına və mümkün fəsadların qarşısının alınmasına kömək etdiyini bildirib.

Mütəxəssis qeyd edib ki, sadə tədbirlərlə qulaq infeksiyalarının böyük hissəsinin qarşısını almaq mümkündür. Şikayətlər bir neçə gün ərzində keçmirsə, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!