Yeni dünya rekordu: 109 oyundur uduzmurlar

saytların hazırlanması

Evə çatdırılma

Yeni dünya rekordu: 109 oyundur uduzmurlar

İdman

22 Avqust 2026 12:33 35


Malayziyanın “Cohor Darul Tazim” klubu ölkə çempionatlarında ardıcıl məğlubiyyətsiz oyunların sayına görə dünya rekordu müəyyənləşdirib.

"Yeni Sabah" Reuters-ə istinadla xəbər verir ki, komanda yeni mövsümün 1-ci turunda “Kuçinq”i 3:0 hesabı ilə məğlub edib. Bununla “Cohor Darul Tazim”in çempionatda məğlubiyyətsiz seriyası 109 oyuna çatıb.

Malayziya təmsilçisi Kot-d’İvuarın “ASEK Mimozas” klubunun rekordunu yeniləyib. “ASEK Mimozas” 1989-1994-cü illərdə ölkə çempionatında ardıcıl 108 matçda məğlub olmamışdı. “Cohor Darul Tazim” ötən mövsümün son oyununda bu göstəricini təkrarlamışdı. Marqarita pizza

Komanda son 4 mövsümdə Malayziya çempionu olub və 2021-ci ilin aprelindən bəri ölkə çempionatında məğlubiyyət üzü görməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!