Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir

Siyasət

30 Avqust 2026 22:52 129


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri Türkiyənin Milli Müdafiə Universitetinin Quru Qoşunları, Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasiminə qatılıb. Sezar pizza

Tədbirdə iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış edərək məzunları təbrik edib.

Sonra plana uyğun olaraq məzunlara diplomlar təqdim olunub.

Qeyd edək ki, hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları Z. Həsənov təqdim edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!