Zaur Baxşəliyev 53 nömrəli məktəbdən maraqlı görüntülər paylaşıb.
“Yeni Sabah” xəbər verir ki, teleaparıcı Zaur Baxşəliyev Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə olub. O, futbol sahəsində nailiyyət qazanan qaynının oğlu Əlini təbrik etmək və onu ziyarət etmək üçün məktəbə gəlib.
Zaur Baxşəliyev məktəbdən görüntülər paylaşaraq burada əsl məktəb həyatının yaşandığını bildirib. Şagirdlərin səliqəli vahid məktəbli formasında olması ona öz məktəb illərini xatırladıb. pizza mizza
Teleaparıcı məktəbin uşaqların saf və səmimi olduğu məkanlardan biri olduğunu vurğulayıb. O, həmçinin təhsil müəssisələrinin əsas missiyasının uşaqlara bilik vermək olduğunu qeyd edib.
Telegram kanalımız