Zaur Rzayevə yeni vəzifə verildi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Zaur Rzayevə yeni vəzifə verildi - FOTO

Sosial

07 Oktyabr 2026 16:58 110


Azərbaycan Biznesinin İnkişafı Fonduna (ABİF) yeni mətbuat katibi təyin olunub.

“Yeni Sabah” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Zaur Rzayev ABİF-in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Z.Rzayev bundan əvvəl 26 ildən artıq bir müddətdə Dünya Bankında çalışıb və bunun son 8 ilində Xarici əlaqələr mütəxəssisi vəzifəsini icra edib. pizza

O, Azərbaycanda Dünya Bankı üçün strateji kommunikasiya və xarici əlaqələr fəaliyyətinə rəhbərlik edib. Siyasi-iqtisadi təhlillər aparmaqla, təşkilatın prioritetlərinə uyğun kommunikasiya strategiyaları hazırlayıb. Mətbuat materialları hazırlamaq və yerli, eləcə də beynəlxalq media qurumları ilə əlaqələri gücləndirmək yolu ilə media ilə münasibətləri idarə edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!