Zelenski Putinə bu ərazidə görüş təklif etdi

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Putinə bu ərazidə görüş təklif etdi

Siyasət

04 İyul 2026 14:58 158


Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Kansleri Fridrix Merts ilə cəbhədəki vəziyyəti, Ukraynanın "Patriot" sistemlərinin lazımi raketlərlə təmin edilməsi imkanını müzakirə edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkələrdə yazıb.

"İlk növbədə "Patriot" sistemlərimizi lazımi raketlərlə dəstəkləmək imkanı barədə danışdıq", – o bildirib. Dominos pizza

Telefon danışığı zamanı Volodimir Zelenski həmçinin Rusiya qoşunlarının Donetsk vilayətindəki Konstantinovka şəhərini "nəzarətə götürməsi" barədə məlumatları təkzib edib.

Zelenski Fridrix Mertsə Rusiya Prezidenti Vladimir Putinlə məhz Konstantinovkada görüşməyə hazır olduğunu bildirib.

"Əgər Konstantinovka hazırda Rusiyanın nəzarəti altındadırsa, o zaman, görünür, Putinin orada mənimlə görüşməkdə və nəhayət, müharibəyə son qoymaq üçün diplomatik həll yolları tapmaqda heç bir problemi olmayacaq", - Zelenski əlavə edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!