Məhkəmə daha 2 nəfərin həbsinə qərar verməlidir

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə daha 2 nəfərin həbsinə qərar verməlidir

Kriminal

26 Oktyabr 2026 17:15 109


"Ceyhun Sabunçu"nun (C.Mirağayev) qətlə yetirilməsi ilə bağlı daha 2 nəfər barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.

"Yeni Sabah" xəbər verir ki, Emin Rəhimov və Elmar Cəfərov barəsində təqdimat Binəqədi rayon Məhkəməsinə göndərilib.

Hazırda hər iki şəxs məhkəməyə gətirilib. Dominos pizza

Yaxın saatlarda onlarla bağlı təqdimata baxılacaq.

Hadisə ilə bağlı 11 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan, əvvəllər məhkum olunmuş Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu və Xəyyam Səfixanov, eləcə də Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev həbs ediliblər.

Həbs edilənlərdən Əhməd Əlizadə Milli Məclisinin deputatı Arzuxan Əlizadənin oğludur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!