Zərərli trend Bakıda da yayılır – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Zərərli trend Bakıda da yayılır – VİDEO

Sosial

19 Noyabr 2025 15:02 482


Əvvəlcə Avropa və ABŞ-də, daha sonra Türrkiyədə yeniyetmələr arasında və sosial mediada sürətlə yayılan mənasız trend artıq Bakıda da müşahidə olunmağa başlayıb.

“Yeni Sabah” xəbər verir ki, trend çərçivəsində gənclər şəhərdəki dövlət nişanlarının, dayanacaq lövhələrinin və digər ictimai əmlakın metal hissələrindən sallanaraq video çəkir və onu sosial şəbəkələrdə paylaşırlar.

Bu hərəkətlər zərərsiz görünsə də, dövlət əmlakına ziyan vurmaqla yanaşı təhlükəsizlik baxımından da ciddi risk yaradır. Sosial şəbəkələrdə yayılan son görüntülərdən birində bir gəncin Bakının mərkəzi küçələrindən birində – “Dədə Qorqud parkı”nın yaxınlığında yol nişanından sallanaraq video çəkdiyi əks olunub. Sezar pizza

Hadisə istifadəçilər tərəfindən geniş şəkildə tənqid olunub. Bir çoxları bu trendi “mənasız”, “təhlükəli” və “cəmiyyətə pis nümunə” adlandıraraq, bu kimi davranışların qarşısının alınmasını tələb ediblər.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!