“Ziraat Bank Azərbaycan” ASC ABŞ dollarında müddətli əmanətlər üzrə faiz dərəcələrini aşağı salıb.
“Yeni Sabah” Plat.az-a istinadla xəbər verir ki, dollar əmanətləri üzrə faizlər bütün əsas müddətlərdə azaldılıb.
Belə ki, 6 aylıq dollar əmanətlərində aylıq faiz ödənişi 2,5%-dən 1,5%-ə, müddətin sonunda ödəniş isə 3%-dən 2%-ə endirilib. Dominos pizza
9 aylıq əmanətlər üzrə aylıq faiz 2,75%-dən 1,75%-ə, müddətin sonunda ödəniş 3,25%-dən 2,25%-ə düşüb.
12 aylıq əmanətlərdə aylıq faiz 3%-dən 2%-ə, müddətin sonunda faiz 3,5%-dən 2,5%-ə azaldılıb.
Eyni endirim 18 və 24 aylıq əmanətlərdə də qeydə alınıb. Hər iki müddət üzrə aylıq faiz 3%-dən 2%-ə, müddətin sonunda ödəniş isə 3,5%-dən 2,5%-ə endirilib.
Ən böyük azalma isə 36 ay və daha uzun müddətli dollar əmanətlərində qeydə alınıb. Aylıq faiz dərəcəsi 2,75%-dən 1,5%-ə, müddətin sonunda ödənilən faiz isə 3,25%-dən 2%-ə düşüb. Beləliklə, bu müddət üzrə hər iki faiz dərəcəsi 1,25 faiz bəndi azaldılıb.
Nəticədə Bank 6-24 aylıq dollar əmanətlərinin faizlərini əsasən 1 faiz bəndi, 36 ay və daha uzunmüddətli əmanətlər üzrə isə 1,25 faiz bəndi aşağı salıb.
Xatırladaq ki, "Ziraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.
Telegram kanalımız