16 yaşdan kiçiklərə yeni qadağa - Məhdudlaşdırılır

saytların hazırlanması

Evə çatdırılma

16 yaşdan kiçiklərə yeni qadağa - Məhdudlaşdırılır

Sosial

24 İyul 2026 19:12 126


Sosial şəbəkələrin uşaqlara təsiri ilə bağlı narahatlıqlar artdıqca daha bir ölkə bu sahədə sərt addım atmağa hazırlaşır. Vyetnamda yeni qaydalara əsasən, 16 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsi ciddi şəkildə məhdudlaşdırılacaq.

"Yeni Sabah" xəbər verir ki, Vyetnam hökuməti parlamentə 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun layihəsi təqdim edib. Layihəyə əsasən, 16 yaşdan kiçik şəxslər valideynlərinin icazəsi olmadan sosial şəbəkələrdə paylaşım edə, paylaşımlara şərh yaza və ya reaksiya verə bilməyəcəklər.

Bundan əlavə, sosial şəbəkə hesabları Vyetnamda qeydiyyatdan keçmiş telefon nömrəsi ilə təsdiqlənəcək. Uşağın sosial şəbəkədəki fəaliyyətinə görə isə valideynlər və ya qanuni qəyyumlar məsuliyyət daşıyacaqlar. Toyuqlu pizza

Qanun layihəsində sosial media şirkətlərindən də zərərli məzmunu izləmələri və uşaqların bu cür paylaşımlara çıxışını məhdudlaşdırmaları tələb olunur.

Qeyd edək ki, Asiyanın bir sıra ölkələrində də oxşar qaydalar tətbiq edilir. Malayziyada 16 yaşdan kiçik uşaqların böyük sosial media platformalarında hesab açması və həmin platformalardan istifadə etməsi tam qadağan olunub.

İndoneziyada 16 yaşdan aşağı uşaqların yüksək riskli hesab edilən sosial şəbəkələrə girişinə və hesab açmasına icazə verilmir. Maldiv adalarında da 16 yaşdan kiçik şəxslərin sosial media platformalarında hesab yaratması və onlardan istifadə etməsi qadağandır.

Çində isə 18 yaşdan kiçik bütün uşaq və yeniyetmələr üçün məcburi "Gənclik rejimi" tətbiq olunur. Bu sistemə əsasən, 16-18 yaşlı yeniyetmələr gündə maksimum 2 saat, 14-16 yaşlılar isə maksimum 1 saat sosial şəbəkələrdən istifadə edə bilirlər. Bundan başqa, 18 yaşdan aşağı şəxslərə saat 22:00-dan 06:00-dək sosial media platformalarına giriş qadağandır.

Hindistanda isə 18 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdə qeydiyyatdan keçməsi üçün platformaların təsdiqlənmiş valideyn razılığı alması məcburidir.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!