Resept olmadan satılan qida əlavələri bütün dünyada geniş yayılıb və bu vasitələrə tələbat kifayət qədər böyükdür.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı ekspert Emin Qəribli bildirib. Onun sözlərinə görə, Azərbaycanda da analoji vəziyyət müşahid olunur:
“İdxal olunan bu məhsullar baha olsa da, əhali üçün vacib hesab edilir. Bəzi şirkətlər bu vasitələri daha baha, digərləri isə nisbətən ucuz qiymətə təklif edirlər. İqtisadiyyatın qanunlarına əsasən, bazarda təklif az olduqda və ya məhsul müəyyən bir tərəfdən monopoliyaya alındıqda, onun üzərinə daha yüksək mənfəət marjası (faiz) qoyulur. Lakin müasir dövrdə insanlar bu kimi vasitələrin alternativlərini rahatlıqla tapıb əldə edə bilirlər”. Sezar pizza
Ekspert qeyd edib ki, ümumiyyətlə, müasir insanın gündəlik əlavə xərcləri kifayət qədər artıb:
“Məsələn, 20-30 il əvvəl insanlar internetə və ya rəqəmsal xidmətlərə pul xərcləmirdilərsə, bu gün hətta istifadə olunan müxtəlif proqram təminatlarına belə abunə haqqı ödənilir. Əvvəllər adi sudan istifadə edildiyi halda, indi xüsusi filtrasiya olunmuş sulara üstünlük verilir. Bu cür xərc maddələrinin sırasına qida əlavələri də daxildir. Yaponiya kimi inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu vasitələrin geniş tətbiqi və təbliğatı əhalinin ömür uzunluğuna təsir edən amillərdən biri kimi təqdim olunur”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız