50 yaşlı kişi 1 şüşə arağın badına getdi

saytların hazırlanması

Evə çatdırılma

50 yaşlı kişi 1 şüşə arağın badına getdi

Kriminal

17 Noyabr 2026 09:50 58


Ağstafada marketdən araq oğurlayan şəxs inzibati qaydada həbs edilib.

"Yeni Sabah" xitab24.az-a istinadla xəbər verir ki, hadisə şəhərdəki “Tez-gəl” adlı marketində olub.

50 yaşlı şəxs həmin marketdən 12 manat dəyərində, “Banketnaya” arağını gizli şəkildə oğurladığı zaman saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 227-ci maddəsi ilə protokol tərtib edilib. Online alış-veriş

Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünü təqsirli bilərək imkanının zəif olduğunu, bu səbəbdən oğurluq etdiyini deyib.

Market sahibi oğurluq halının çoxalmaması üçün 50 yaşlı kişini bağışlamayıb. Məhkəmənin qərarı ilə 12 manatlıq arağı oğurlayan şəxs 15 sutka müddətinə inzibati qaydada həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!