Peruda Roma Papası XIV Leo xalqı salamlayarkən gözlənilməz hadisə baş verib. Kütlənin arasından atılan naməlum əşya onun üzünə dəyib.
“Yeni Sabah” xəbər verir ki, hadisə Peru paytaxtı Limadakı Las Palmas Hərbi Hava Bazasında baş verib. Vatikan dövlətinin rəhbəri Papa XIV Leo xüsusi avtomobillə hərəkət edərək onu qarşılamağa gələn insanları salamlayıb. Həmin vaxt çəkilən və sosial şəbəkələrdə yayılan görüntülərdə naməlum əşyanın Papanın üzünə dəydiyi görünür. Zərbənin təsirindən ağrı hiss edən Papa əlini üzünə aparsa da, avtomobil dayanmayıb və yoluna davam edib.
Hadisədən sonra Papanın xəsarət alıb-almadığı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Buna baxmayaraq, XIV Leo insanları salamlamasını davam etdirib. O, bir qədər irəlidə toplaşanların ona uzatdığı körpəni qucağına alıb. Daha sonra Papa Cənubi Amerika ölkəsindəki səfərinin başa çatması münasibətilə keçirilən dini mərasimi idarə etmək üçün qurbangaha yaxınlaşıb. Elektronika məhsulları
Qeyd edək ki, əslən ABŞ-dən olan XIV Leonun Peru səfəri xüsusi məna daşıyır. Belə ki, o, təxminən 20 il bu ölkədə missioner kimi fəaliyyət göstərib. Buna görə də səfər onun üçün bir növ doğma torpaqlara qayıdış kimi qiymətləndirilir. Papa Limadakı yekun dini mərasimdən sonra Uruqvay, Argentina və Perunu əhatə edən 12 günlük Cənubi Amerika səfərini başa vurub.
Əsmətxanım Rzazadə
Telegram kanalımız