Evinizi təmir edərkən bu səhvə yol verməyin –   Minlərlə manat itirə bilərsiniz

saytların hazırlanması

Evə çatdırılma

Evinizi təmir edərkən bu səhvə yol verməyin – Minlərlə manat itirə bilərsiniz

İqtisadiyyat

17 Noyabr 2026 09:48 40


Müəssisənin satış məqsədilə aldığı malların şəxsi ehtiyaclar üçün istifadə edilməsi əlavə vergi öhdəlikləri yaradır. Belə hallarda həm ƏDV, həm də ödəmə mənbəyində vergi hesablanması tələb olunur.

“Yeni Sabah” xəbər verir ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən, vergi ödəyicisinin ƏDV ödəməklə əldə etdiyi və ƏDV məbləğini əvəzləşdirdiyi mallardan qeyri-kommersiya məqsədləri üçün istifadə etməsi vergitutma obyekti hesab olunur.

Məcəlləyə görə, müəssisənin satış üçün aldığı malları sonradan şəxsi məqsədlərə yönəltməsi ƏDV tutulan əməliyyat sayılır. Bu zaman şəxsi istifadə üçün ayrılan malların dəyərinə 18 faiz ƏDV hesablanmalı və dövlət büdcəsinə ödənilməlidir. Online alış-veriş

Vergi Məcəlləsinin 109.2-ci maddəsinə əsasən, qeyri-kommersiya məqsədləri üçün istifadə olunan malların dəyəri mənfəət vergisi hesablanarkən gəlirdən çıxılan xərc kimi qəbul edilmir.

Məsələyə nümunə ilə aydınlıq gətirək.

Tutaq ki, tikinti materiallarının satışı ilə məşğul olan “AA” MMC-nin balansında 50 min manatlıq tikinti materialı var. Şirkətin təsisçisi həmin mallardan şəxsi evinin təmirində istifadə edib.

Bu halda müəssisənin həmin ay üzrə 9 min manat ƏDV öhdəliyi yaranır:

50 000 x 18% = 9 000 manat.

Bundan başqa, Vergi Məcəlləsinin 122.4-cü maddəsinə əsasən, 50 min manat məbləğdən 5 faiz dərəcə ilə ödəmə mənbəyində vergi, yəni dividend vergisi də hesablanır:

50 000 x 5% = 2 500 manat.

Beləliklə, müəssisənin satış məqsədilə aldığı malları şəxsi ehtiyaclar üçün istifadə etməsi 9 min manat ƏDV və 2 min 500 manat dividend vergisi öhdəliyi yaradır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!