8 ayda 695 avtomobil və 2 müəssisə özəlləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

8 ayda 695 avtomobil və 2 müəssisə özəlləşdirildi

İqtisadiyyat

23 Sentyabr 2026 14:43 95


2026-cı ilin yanvar-avqust ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən dövlət büdcəsinə ümumilikdə 152,5 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə keçirilən 40 hərracda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 695 nəqliyyat vasitəsi özəlləşdirilib. Nəticədə özəlləşdirmədən büdcəyə 114,7 milyon manat daxil olub.

Bundan başqa, qurum tərəfindən 363-ü qeyri-yaşayış, 2 590-ı isə torpaq sahələri üzrə olmaqla ümumilikdə 2 953 yeni icarə müqaviləsi bağlanılıb. Daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar isə 37,8 milyon manat təşkil edib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!