ABŞ və İran İslamabad Memorandumu çərçivəsində qüvvədə olan 60 günlük atəşkəsin müddətini uzatmaq barədə razılığa gəlib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Pakistan hökumətindəki mənbələr məlumat yayıb.
Hazırkı atəşkəs razılaşmasının müddəti avqustun 17-də başa çatır. pizza hut
Tərəflər vasitəçilərə müddətin uzadılmasına razılıq verdiklərini çatdırıblar.
Mənbə əlavə edib ki, hazırda tərəflər müddəti müəyyənləşdirmək üçün qarşılıqlı mesajlar mübadiləsi aparırlar.
Xatırladaq ki, Pakistan ABŞ və İran arasında danışıqlarda vasitəçi kimi çıxış edir.
Telegram kanalımız