Məmurlara QADAĞA: Xidməti maşından şəxsi məqsəd üçün istifadə etmək olmaz

saytların hazırlanması

Evə çatdırılma

Məmurlara QADAĞA: Xidməti maşından şəxsi məqsəd üçün istifadə etmək olmaz

Siyasət

29 Oktyabr 2026 12:36 112


Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.

“Yeni Sabah” xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni – “Maraqlar toqquşması haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, vəzifəli şəxslər dövlət və bələdiyyə əmlakından, o cümlədən maliyyə vəsaitlərindən, rabitə və kompüter sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki avadanlıqlardan şəxsi maraqları naminə və xidməti vəzifələrinin icrası ilə əlaqəsi olmayan məqsədlər üçün istifadə edə bilməzlər. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!