Ağ Evin keçmiş mətbuat katibi Kerolayn Levitt "Fox News" kanalının efir şərhçisi olacaq.
"Yeni Sabah" CNN-ə istinadla xəbər verir ki, o, ailəsinə daha çox vaxt ayırmaq məqsədilə əvvəlki vəzifəsindən ayrılıb.
Noyabrın 1-dən etibarən isə Levitt yeni vəzifəsinin icrasına başlayacaq. O, telekanalın müxtəlif platformalarında siyasi təhlil və şərhlər təqdim edəcək. Pepperoni pizza
Əslən Nyu-Hempşir ştatının Atkinson şəhərindən olan Levitt əri və 2 azyaşlı övladı ilə birlikdə yenidən həmin ştata köçüb. Keçmiş Ağ Ev sözçüsü əvvəllər ailəsi ilə birlikdə Vaşinqtondakı Hərbi-Dəniz Rəsədxanasının (vitse-prezidentin rəsmi iqamətgahı) ərazisində yaşayırdı.
Donald Tramp avqustun 12-də Kerolayn Levittin Ağ Evi tərk etdiyini elan etmişdi.
Telegram kanalımız