Ali Məhkəninin şərhi dələduzluğa yaşıl işıq yandırır?

saytların hazırlanması

Evə çatdırılma

Ali Məhkəninin şərhi dələduzluğa yaşıl işıq yandırır?

Sosial

09 İyun 2026 10:53 176


“Ali Məhkəmənin rəyi düzgündür”.

Bunu “Yeni Sabah”a vəkil Fərhad Mehdiyev bildirib.

O əlavə edib: “Əxlaqa və qanuna zidd bağlanan müqavilələr etibarsız sayılır və məhkəmə prosesində (öhdəliklərin) geri qaytarılmasını tələb etmək mümkün olmur. Bu, qədim Roma hüququndan qalan bir qaydadır. Mülki Məcəllədə bənzər bir müddəanı nəzərdə tutan 338-ci maddə var idi, lakin sonradan müəyyən səbəblərdən ləğv olundu. Müqavilənin predmeti qanuna ziddirsə, onun məhkəmə qaydasında icrası qeyri-mümkündür. Bura istənilən qanunsuz razılaşma əsasında ödənilən pullar da daxildir”. pizza sifarişi

Xatırlatma: Ali Məkhəmənin son şərhlərinin birində qeyd olunur ki, məhkəmə praktikasından bəzən şəxslərin hər hansı qanunsuz nəticə əldə etmək məqsədilə kiməsə pul və ya başqa əmlak verməsi görünür. Vədlər yerinə yetirilmədiyi halda isə adətən mülki məhkəmədə verilmiş pulun qaytarılması barədə iddialar irəli sürülür. Lakin bir qayda olaraq həmin pulu məhkəmə qaydasında geri almaq mümkün olmur.

Mülki məhkəmə icraatında hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə zamanı ilk addım iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından ibarətdir. Mülki hüquqda hər hansı pul tələbinin təmin edilməsi üçün həmin tələb müqavilədən, zərər vurulmasından, əsassız varlanmadan və ya qanunda nəzərdə tutulmuş digər əsaslardan yaranmalıdır.

Qanunsuz məqsədlə verilmiş pullar isə heç bir qanuni əsasa söykənmir. Hüquq sistemi yalnız qanuni münasibətləri qoruyur. Əgər pul qanunsuz məqsədlə verilibsə, həmin münasibət artıq hüququn müdafiə etdiyi mülki hüquqi münasibət sayılmır.

Məhkəmələr bu kateqoriya işlər üzrə ilk növbədə pulun hansı məqsədlə verildiyini araşdırırlar. Çünki hüquqi müdafiədən istifadə etmək üçün münasibətin özü əvvəlcədən qanuni və legitim əsaslara söykənməlidir. Müəyyən olunursa ki, tərəflər qanunazidd nəticə əldə etmək niyyəti ilə hərəkət ediblər, bu halda iddia təmin edilmir.

Bundan əlavə, belə hallarda şəxslər yalnız pulu itirmək riski ilə deyil, əlavə neqativ hüquqi nəticələrlə də üzləşə bilərlər. İş materiallarından qanun pozuntusunun əlamətləri göründükdə, məhkəmələr tərəfindən xüsusi qərardad qəbul edilərək, materiallar prosessual qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilə bilər.

Bu risklərlə üzləşməmək üçün vətəndaşlara hüquqi münasibətlərini yalnız qanuni və legitim əsaslarla qurmaq və qanunsuz münasibətlərdən isə çəkinmək tövsiyə olunur.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!