Bu vətəndaşlara pulsuz hüquqi yardım ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu vətəndaşlara pulsuz hüquqi yardım ediləcək

Sosial

30 Oktyabr 2026 11:50 94


Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı çıxış edən deputat Bəhruz Məhərrəmov təqdim olunan sənədin mühüm sosial və hüquqi əhəmiyyətə malik olduğunu bildirib.

"Yeni Sabah" xəbər verir ki, eputat diqqətə çatdırıb ki, 14 qanuna dəyişiklik edilməsini nəzərdə tutan bu sənədi yalnız adi texniki uyğunlaşdırma kimi qiymətləndirmək doğru olmazdı.

B.Məhərrəmov vurğulayıb ki, qanun layihəsi həssas əhali qruplarının hüquqi yardım almaq imkanlarının genişləndirilməsini, onların konstitusion hüquqlarının daha effektiv qorunmasını və hüquqi müdafiəsinin gücləndirilməsini hədəfləyən dərin sosial məzmuna malikdir. pizza mizza

Deputat, həmçinin əlavə edib ki, sənədin dövlət başçısının qanunvericilik təşəbbüsü qaydasında parlamentə təqdim olunması həssas təbəqələrin müdafiəsi istiqamətində nümayiş etdirilən ali siyasi iradənin əməli təsdiqidir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!